|
Xəbərlər
[2.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də "Ramazan"
bayramı təntənə ilə qeyd olunmuşdur
Xalqımızın ən əziz bayramı, ayların sultanı "Ramazan" bayramı Respublikamızın hər yerində olduğu kimi QSC-də də təntənə ilə qeyd olunmuşdur. Bu məqsədlə müəssisədə yığıncaq keçirilmişdir. Yığıncaqda QSC-nin baş direktor əvəzi Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini Ramil Əliyev çıxış edərək müqəddəs Ramazan ayının xalqımıza sülh, əmin - amanlıq və firavanlıq bəxş etməsini və oruc tutanların oruclarının qəbul olunmasını arzuladılar, onlara ezamiyyətdə olan QSC-nin baş direktoru Soltan Əliyevin təbriklərini çatdırdılar.
Yığıncağın sonunda QSC-nin xeyli sayda oruc tutan işçilərinə ərzaq paylandı. Oruc tutan işçilər bu diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər və ulu Tanrının nəzərini xalqımızın üzərindən əskik etməməsini arzuladılar.
|
|