İşçilərin maraqlı və əyləncəli istirahəti davam edir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin Nabran zonasındakı "Malibu" istirahət mərkəzində istirahəti davam edir. İşçilərin maraqlı və əyləncəli istirahəti üçün bu istirahət mərkəzində bütün şərait yaradılmışdır.
Cari ilin iyun və iyul aylarında 96 nəfərədək işçinin istirahəti yüksək səviyyədə təşkil olunmuşdur. Bu istirahət mərkəzinin təbiət mənzərələri və personalın göstərdiyi mədəni xidmətlər işçilərdə xoş təəssürat yaratmışdır.
Yay istirahət mövsümi davam edir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.