|
Xəbərlər
[17.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat sexinin
texniki xidmət sahələri genişlənir
QSC-nin istehsalat sahələrində fasiləsiz iş rejiminin təmin olunmasında nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin rolu böyükdür. Bu vasitələrin təchizatı ilə yanaşı onlara texniki xidmətin təşkili və istismar müddətinin uzadılması da əsas şərtlərdən biridir. Bununla əlaqədar olaraq nəqliyyat vasitələrinə və mexanizmlərə texniki xidmət göstərilməsi məqsədilə QSC-nin tərkibində Nəqliyyat sexi yaradılmışdır.
Nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin cari təmiri üçün sexdə lazımı avadanlıqlar və qurğular quraşdırılmışdır. Sexdə dispetçer və texniki servis xidmətlər fəaliyyət göstərir. Nəqliyyat vasitələri xəttə çıxmazdan əvvəl onlara gündəlik texniki baxış keçirilir, yol vərəqələri ilə təmin edilir və sürücülər mövcud qaydada təlimatlandırılırlar. Stasionar rejimdə işləyən maşın və mexanizmlərə səyyar texniki xidmət göstərilir, sıradan çıxmış ehtiyat hissələri yerindəcə dəyişdirilir.
Sexdə çalışan peşəkar ustaların və çilingərlərin fəaliyyəti nəticəsində nəqliyyat vasitələri saz vəziyyətdə saxlanılır ki, bu da onların istismar müddətinin uzadılmasına şərait yaradır.
Qış mövsümü ilə əlaqədar olaraq müəssisənin balansında olan nəqliyyat vasitələrinin mexanizmləri qış rejiminə uyğun tənzimlənmiş, istismar müddəti başa çatmış şinlər yenisi ilə əvəz edilmişdir.
Gələcəkdə QSC-nin nəqliyyat parkının genişlənməsi, yeni spesifik nəqliyyat vasitələri, maşın və mexanizmlərlə təchiz olunması və Nəqliyyat sexinin təkmilləşdirilməsi sahəsində işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
|
|