|
Xəbərlər
[24.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC BP Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrindən biri də parafinin təmizlənməsidir.
2006-cı ildə QSC-nin Tullantıların emalı departamentinin 7-ci sahəsində( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi ) gücü 17 ton /dövr olan müasir tipli parafinin təmizlənməsi sexi tikilib istifadəyə verilmişdir.
Parafinin təmizlənməsi sexinin iş prinsipi, gücü, müasirliyi və ekoloji cəhətdən üstünlüyü bir çox yerli və xarici şirkətlərdə, o cümlədən, BP Əməliyyat Şirkətində də maraq doğurmuşdur.
2007-ci ilin əvvəlindən başlayaraq, kontrakt əsasında BP Əməliyyat Şirkətinin neftin çıxarılması prosesində formalaşmış yüksək parafin tərkibli qarışıqları bu sexdə təmizlənmişdir.
2008-ci ilin I-ci yarısında Parafinin emalı və təmizlənməsi sexində BP Əməliyyat Şirkətindən qəbul edilmiş 136 m3, iyun ayında isə 16.8 m3 parafin təmizlənmişdir.
Bu sahədə Bp Əməliyyat Şirkəti ilə əməkdaşlıq davam etdirilir.
|
|