|
Xəbərlər
[8.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan
işçilərin attestasiyası keçirilir
QSC-də çalışan işçilərin bilik səviyyələrinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə, Baş direktorun əmri ilə təsdiq olunmuş komissiya tərəfindən 07.12.2009-cu il tarixdən QSC-nin rəhbər işçilərinin, mütəxəssislərinin və qulluqçularının attestasiyasının keçirilməsinə başlanılmışdır.
Attestasiyanın keçirilməsi Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 saylı qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" na uyğun olaraq həyata keçirilir.
|
|