"Ekol" mini futbol komandası futzal üzrə Azərbaycan çempionatının
I-ci dövrəsinə qələbə ilə başladı
2009-cu il sentyabr ayının 12-də "Ekol" mini futbol komandası futzal üzrə Azərbaycan çempionatına Sumqayıtın eyni adlı komandası ılə start verdi.
Yüksək oyun nümayiş etdirən komandamız oyunun I-ci hissəsində "Sumqayıt" komandasının qapısından 8 cavabsız top vurmaqla onları mərkəzdən başlamağa məcbur etdi. 1-ci hissədə "Sumqayıt" komandası nə qədər səy göstərsə də qapımıza 1 top belə vurmağa nail ola bilmədi.
Oyunun 2-ci hissəsində "Sumqayıt" komandası fəallığını bir qədər artırsa da "Ekol" un güclü müqaviməti ilə rastlaşdı. Bu müqavimətə tab gətirməyən rəqib komanda 2-ci hissədə də öz qapısından 4 top buraxmağa məcbur oldu və təsəlli üçün 1 cavab topu vurmaqla 12:1 hesabla məğlub oldular.
Komandamız I-ci dövrənin növbəti oyununu sentyabr ayının 19-da Əl oyunları sarayında Bakının "Abşeron Saray" komandası ilə keçirəcəkdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.