|
Xəbərlər
[6.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 7-ci sahəsində
nəzəri məşğələ keçirilmişdir
Müəssisə və təşkilatlarda, eləcə də ictimai obyektlərdə texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunmasının və dövlət mülkiyyətinin yanğımdan mühafizəsinin təmin edilməsi istiqamətində Respublikamızda mütəmadi olaraq məqsədyönlü tədbirlər görülür.
Strateji obyektlərdə texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunması daha böyük əhəmiyyət kəsb edir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrinin əsasən strateji obyektlərdə (NEZ-da) yerləşdiyi nəzərə alınaraq, istehsalatda texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına ciddi əməl olunması məqsədilə işçi personalı müntəzəm olaraq praktiki və nəzəri məşğələlərə cəlb olunur, iş yerləri lazımı avadanlıqlarla təchiz edilir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin YTD-nin təsdiq etdiyi "könüllü yanğından mühafizə dəstələrinin dərs qrafiki"nə uyğun olaraq fevralın 5-də QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 7-ci sahəsində ("Azərneftyağ" NEZ) "yanğın zamanı yanğınsöndürmə sistemlərinin operativ işə salınması, odsöndürən balonlardan istifadə qaydaları və onların xarakteristikaları" mövzusunda növbəti nəzəri məşğələ keçirilmişdir.
Nəzəri məşğələdə TED-nin 7-ci sahəsinin Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə mühəndisi Tapdıq Quliyev və FHN-nin 13 saylı HYH-nin əməkdaşları, iştirakçılara yanğınsöndürmə vasitələrinin əhəmiyyəti və onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlar vermiş, fərdi mühafizə vasitələrini nümayiş etdirmişlər.
Tədbirdə TED-nin rəisi Ə.Hüseynov, İctimai Sosial şöbənin rəisi F.Quliyev, Texniki Təhlükəsizlik şöbəsinin rəis müavini S.Veysəlov, HİK-nin sədri Ə.Ələkbərov, 7-ci sahənin rəisi S.Əhmədov, FHN-nin 13 saylı HYH-nin D/x leytenantı A.Hacıyev, D/x baş leytenantı Ə.Əliyev və 7-ci sahənin mühəndis-texniki işçiləri iştirak etmişlər.
|
|