|
Xəbərlər
[30.10.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də bələdiyyə seçkilərinə
hazırlıqla əlaqədar toplantı keçirilmişdir
Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar toplantısı keçirilmişdir.
YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev bələdiyyələrin yaranma tarixi, hüquqi bazası, funksiyaları və sosial-ictimai həyatdakı rolundan danışaraq, bu il dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Respublikamızda və partiyanın rayon təşkilatında görülən işlər, həyata keçirilən tədbirlər barədə toplantı iştirakçılarına məlumat verdi.
F.Quliyev YAP "Ekol" ilk ərazi təşkilatının bütün tədbirlərdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakını vurğulayaraq, partiya üzvlərinin bələdiyyə seçkilərində də fəal olacaqlarını, seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək üçün qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Toplantıda çıxış edən QSC-nin baş direktorunun məsləhətçisi Kamil Akimov, Ekoloji Monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, İnzibati təsərrüfat şöbəsinin rəis müavini Eldar Qasımov və başqaları yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahədə apardıqları işlərin əhəmiyyətini qeyd edərək, seçkilərin demokratik qaydada daha da təkmilləşdirildiyini və bu seçkilərdə cəmiyyətin bütün təbəqələrinin təmsil olunduğunu bildirdilər.
Sonda ərazi təşkilatının sədri F.Quliyev YAP üzvlərinə bu seçkilərdə uğurlar arzuladı və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlinəcəyinə əminliyini bildirdi.
|
|