"Ekol" Azərbaycan çempionatının I-ci dövrəsində
növbəti qələbəsini çaldı
Futzal üzrə Azərbaycan çempionatının ilk oyununda "Sumqayıt " komandasını böyük hesabla məğlub edən ( 12:1) "Ekol" komandası çempionatın I-ci dövrəsinin növbəti oyununu sentyabrın 19-da "Abşeron Saray" komandası ilə keçirmişdir.
Komandamız ənənəsinə sadiq qalaraq bu görüşdə də rəqib komandanın qapısından 13 top keçirərək növbəti qələbəsini çalmış və "Ekol" "Abşeron Saray" komandalarının görüşü 13: 2 hesabı ilə başa çatmışdır.
Sentyabrın 27 –də, saat 15:00 isə Bakı İdman Oyunları Sarayında komandamız növbəti oyunda ötən çempionatın birincisi olmuş Naxçıvanın "Araz" komandası ilə qarşılaşacaqdır. Həyəcanlı anlar yaşanacaq bu görüşdə komandamız yalnız və yalnız qələbə uğrunda mübarizə aparacaqdır.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.