|
Xəbərlər
[19.11.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordraqmet" Şirkəti
arasında əməkdaşlıq münasibətləri genişlənir
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə, QSC-nin baş direktoru Soltan Əliyev "EKONORDRAGMET" şirkətinin dəvəti ilə cari ilin oktyabr ayında Özbəkistanın Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuşdur.
Ezamiyyət dövründə hər iki Şirkətin rəhbərləri qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi sahəsində razılığa gəlmişlər.
Hazırda "EKONORDRAGMET" Şirkəti Özbəkistanın bir neçə yerli və xarici şirkətləri ilə ekoloji layihələrin işlənməsi üçün kontraktlar bağlamışdır. Bununla əlaqədar olaraq, Şirkət bu layihələrin həyata keçirilməsinə dəstək olmaq, neftlə çirklənmiş torpaqların təmizlənməsinə və qazma şlamının zərərsizləşdirilməsinə aid yeni texnika və texnologiyalar barədə təkliflər vermək barədə QSC-nə müraciət etmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC "EKONORDRAGMET" Şirkətinin müraciəti ilə əlaqədar olaraq, bu sahədə qazandığı təcrübəyə və istismar etdiyi qurğuların effektliyinə əsaslanaraq bir neçə tanınmış şirkətlərin istehsalı olan ("Enviro-Klean", "HİLLER", QSS) qurğular barədə Şirkətə təkliflər vermişdir.
QSC rəhbərliyi "EKONORDRAGMET" Şirkətinə həyata keçirəcəyi ekoloji layihələrdə və qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsində hər zaman ona dəstək olacağına hazır olduğunu bildirmişdir.
|
|